KÜÇƏLƏRDƏ SİQARET ÇƏKMƏK QADAĞAN EDİLDİ

Oxunma sayı: 45

Yanvarın 1-dən Milanda bütün ictimai yerlərdə, o cümlədən şəhər küçələrində siqaret çəkmək qadağan edilib.

Tezrdlar.az bu barədə CNN-ə istinadən məlumat verir.

Qeyd olunur ki, qadağanı pozanları 41 dollardan 249 dollara qədər cərimə gözləyir.

“Yalnız istisna, insanların digər insanlardan ən azı 10 m məsafədə təcrid olunmuş yerlərdə olmasıdır”, – nəşr yazır.

Müşahidəçilərin fikrincə, tədbir şəhərin havasını yaxşılaşdırmaq və vətəndaşların sağlamlığını, o cümlədən passiv siqaretdən qorumaq məqsədi daşıyır. Bildirilir ki, ölkədə ictimai yerlərdə siqaret çəkməyə qadağa 2005-ci ildə tətbiq edilib və bir sıra şəhərlərdə səlahiyyətlilər əlavə qaydalar müəyyən ediblər, lakin praktikada onlar nadir hallarda həyata keçirilir.

E.ŞİRİNOV

Xəbəri paylaş

21 Aprel