Küçədə 13 yaşlı uşağı döyərək paltarını oğurladı

Oxunma sayı: 294

Sankt-Peterburqda 13 yaşlı yeniyetməni küçədə döyərək onun köynəyini oğurlayan gənc saxlanılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin regional Baş İdarəsi məlumat yayıb.

Polis hadisə barədə azyaşlı zərərçəkənin müalicə üçün müraciət etdiyi tibb müəssisəsindən məlumat alıb. Yeniyetmənin üzündə qançırlar olub. Ona tibbi yardım göstərildikdən sonra evə göndərilib.

Polis müəyyən edib ki, yeniyetmə 18 yaşlı tanışı tərəfindən hücuma məruz qalıb.

“Məni vurdu və 7 min rubl dəyərində köynəyi oğurladı”, – yeniyetmə deyib.

Cinayəti törətdikdən sonra o, gizlənib. Hadisə Zamşina küçəsində (Kalinin rayonu) evlərdən birinin yaxınlığında baş verib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsinin 2-ci hissəsi (quldurluq) ilə cinayət işi açılıb. Şübhəli şəxs saxlanılıb: onun 18 yaşı var, Leninqrad vilayətinin Tosnenski rayonunda yaşayır və heç bir yerdə işləmir.

ELBAR

Xəbəri paylaş

19 May