Əsas məzmuna keç

Kürdəxanıda tikinti materialları alovlandı

Bakı şəhərinin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yol kənarında tikinti materialları yanır.

Tezadlar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…