Yaxın Şərqdəki vəziyyət Küveyt Fond Birjasının fəaliyyətinə də təsirsiz ötüşməyib.
Küveyt Fond Birjası (KSE) regionda baş verən hadisələr səbəbindən 1 mart tarixindən etibarən ticarəti növbəti xəbərdarlığa qədər dayandırıb.
Tezadlar.az bildirir ki, bu barədə birjanın veb saytında dərc olunmuş açıqlamada deyilir: “Kapital Bazarı Komissarları Şurasının qərarına əsasən və hazırda ölkənin üzləşdiyi müstəsna hallar nəzərə alınmaqla, Küveyt Fond Birjası (KSE) 1 mart bazar günündən etibarən növbəti xəbərdarlığa qədər ticarətin dayandırıldığını elan edir”.
JASMİN







