ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Küveytdə xidmət edən Milli Qvardiya üzvünün ölümünü açıqlayıb.
Tezadlar.az-ın xarici mediaya istinadən məlumatınagörə, Pentaqon açıqlamasında bildirib ki, Nyu-Yorkun Kvins şəhərindəki Kambriya Hayts sakini olan əsgər 6 martda Küveytdəki Buehring düşərgəsində baş verən qeyri-döyüş hadisəsində həlak olub.
Məlumatda qeyd olunur ki, əsgər Nyu-York ştatında yerləşən 42-ci Piyada Diviziyasında xidmət edib.
Əsgər bölgəyə “Spartan Qalxanı Əməliyyatı”nın bir hissəsi olaraq göndərilib və onun ölümünə səbəb olan hadisə araşdırılır.
E.ŞİRİNOV







