Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Marketdə müştərinin çantasını oğurlayan şəxs saxlanılıb.
Tezadlar.az xəbər verir ki, Abşeron rayonunda talama cinayəti baş verib. Xırdalan şəhəri ərazisində yerləşən marketlərin birində naməlum şəxs alış-veriş edən zərərçəkənin içərisində nağd pul, bank kartı və şəxsi sənədləri olan çantasını oğurlayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 61 yaşlı N.Qulamov saxlanılıb. Həmçinin ondan psixotrop maddə olan metamfetmanin də aşkarlanıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.
trend