15 Avqust 2026 / 13:18

“Magna Trans” MMC-nin təsisçisi yenidən Baş prokuror Kamran Əliyevə müraciət etdi

“Magna Trans” MMC-nin təsisçisi, 210050957 saylı cinayət işi üzrə zərərçəkmiş İsmayılov Ağasəf İslm oğlu yenidən Baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıb. Tezadlar.az-a təqdim edilən müraciətdə deyilir:

“Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə 

M Ü R A C İ Ə T

210050957 saylı cinayət işi üzrə məhkəmə qərarlarının təkraran icra edilməməsi, ibtidai araşdırmaya nəzarət vəzifəsini həyata keçirməli olan vəzifəli şəxslərin hərəkətsizliyi və bu hallara hüquqi qiymət verilməsi barədə

Cənab Baş prokuror,

​​​Təsisçisi olduğum “Magna Trans” MMC-nin əmlakının mənimsənilməsi ilə bağlı, zərəəkmiş şəxs olduğum 210050957 saylı cinayət işi üzrə uzun illərdir davam edən proses artıq ayrı-ayrı istintaq hərəkətlərinin aparılıb-aparılmaması məcrasından çıxmışdır.

​​​Bu gün üçün, əsas məsələ həmin cinayət işi üzrə müxtəlif vaxtlarda məhkəmə nəzarəti qaydasında verilmiş və qanuni qüvvəyə minmiş 30 məhkəmə qərarının prokurorluq orqanları tərəfindən faktiki olaraq icra edilməməsi və bu vəziyyətə nəzarət etməli olan vəzifəli şəxslərin öz vəzifələrini niyə yerinə yetirməməsidir.

​​​Həmin 30 qərarın altısı cinayət işinə xitam verilməsi barədəmüstəntiqin 6 qərarlı ilə bağlı olmuş və məhkəmələr müstəntiqin həmin 6 xitam qərarını qanunsuz və əsassız hesab edərək ləğv etmişlər.

​​​Hal-hazırda məsələ bir dəfə baş vermiş prosessual səhvdəyox, müstəntiqin bilərəkdən və məqsədyönlü olaraq Cinayət Prosessual Məcəlləsinin tələblərini pozmasındadır.

MÜSTƏNTİQİN EYNİ NƏTİCƏYƏ DƏFƏLƏRLƏ QAYITMASI

​​​Eyni cinayət işi üzrə müstəntiq cinayət işinə xitam verir.

​​​Zərərçəkmiş şəxs məhkəmə nəzarəti qaydasında şikayət verir.

​​​Məhkəmə həmin xitam qərarını qanunsuz və əsassız hesab edərək ləğv edir.

​​​Müəyyən müddətdən sonra yenidən eyni nəticəyə cinayət işinə xitam verilməsinə gəlinir.

​​​Bu hal bir dəfə deyil, 6 dəfə təkrarlanmışdır.

​​​Belə vəziyyətdə müstəntiqin hər bir qərarına ayrılıqda deyil, onların ardıcıllığına və təkrarlanmasına hüquqi qiymətin verilməsi zəruridir.

​​​Məhkəmənin qanunsuz və əsassız hesab etdiyi və ləğv etdiyi qərarın eyni məzmunlu nəticəsinin sonradan yenidən ortalığa çıxması,xüsusilə də bunun dəfələrlə təkrarlanması, ibtidai araşdırmanın məhkəməqərarlarının hüquqi nəticələrinə uyğun aparılıb-aparılmadığı barədə bir çox ciddi suallar yaradır.

​​​Bu səbəbdən mən hesab edirəm ki, müstəntiq Fuad Babayevin bu hərəkətlərinə yalnız “istintaq qərarı” kimi deyil, vəzifə səlahiyyətlərindən istifadəedilməsinin qanuniliyi, məhkəmə qərarlarına münasibəti və ona verilmiş prosessual səlahiyyətlərinə uyğun həyata keçirilib-keçirilməməsi baxımından hüquqi qiymət verilməlidir.

​​​Bu müraciətlə tələbim ondan ibarətdir ki, məhkəmələrin 6 dəfə ləğv etdiyi xitam qərarlarının qəbul edilməsinin səbəbləri, həmin qərarların qəbulunda müstəntiqin məqsədi və hərəkətlərinin qanuniliyi araşdırılsın vəəyyən edilmiş hallara qanuni qiymət verilsin.

MÜSTƏNTİQİN HƏRƏKƏTLƏRİ TƏKBAŞINA BAŞ VERMİR

​​​“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda da prokurorluğun fəaliyyət istiqamətlərindən biri kimi cinayət işi üzrəibtidai araşdırmaya prosessual rəhbərlik və qanunlara riayət olunmasının təmin edilməsi müəyyən edilmişdir.

​​​Müstəntiq Fuad Babayevin fəaliyyətinə prosessual rəhbərlik edən və ona nəzarət etməli olan prokuror Murad Dadaşovun 210050957 saylı cinayət işi üzrə hansı tədbirləri gördüyü və məhkəmə qərarlarından sonra hansı qərarlar qəbul etdiyi müəyyən edilməli və prokuror nəzarəti ilə bağlı fəaliyyətixüsusi araşdırılmalıdır.

​​​Prokuror Murad Dadaşov müstəntiqin qanunsuz və əsassız hesab edilmiş qərarlarından, yəni məhkəmələrin həmin qərarları ləğv etməsindən xəbərdar olduğu halda, eyni vəziyyətin dəfələrlə təkrar olunnmasının qarşısını almaq üçün qanunla ona verilmiş səlahiyyətlərdən istifadə etməyibsə, bu hərəkətsizliyin də hüquqi qiymətləndirilməsi qaçılmazdır.

MƏHKƏMƏ QƏRARLARINDAN SONRA NƏ EDİLİB?

​​​Məhkəmələr tərəfindən xitam qərarları 6 dəfə ləğv edildikdən sonra həmin məhkəmə qərarlarının icrasının və məhkəmənin müəyyən etdiyi hüquqi nəticələrin təmin edilməsi üçün hansı prokuror hansı konkret tədbiri görmüşdür?

​​​Məhkəmə qərarlarından sonra müstəntiq Fuad Bbyevinfəaliyyətinə prokuror Murad Dadaşov tərəfindən hansı qiymət verilib? Müstəntiqin əvvəlki qərarları məhkəmə tərəfindən qanunsuz və əsassız hesab edildiyi halda, eyni nəticəyə yenidən gəlməsinin qarşısını almaq üçün, prokuror hansı tədbir görmüşdür?

​​​Əgər belə tədbirlər görülübsə, onların nəticəsi nə olub?

​​​Əgər görülməyibsə, niyə görülməyib?

YUXARI PROKURORLUQ ORQANLARININ MƏSULİYYƏTİ MƏSƏLƏSİ

​​​“Prokurorluq haqqında” Qanunda aşağı prokurorların yuxarı prokurorlar qarşısında məsuliyyəti, yuxarı prokurorların isəəyyən hallarda aşağı prokurorların qərar və aktlarını ləğv etmək, dəyişdirmək və onların aktlarından verilmiş şikayətlərə baxmaq səlahiyyətləri nəzərdə tutulur.

​​​Buna görə də illər ərzində eyni problem davam etdiyi halda,yuxarı prokurorluğun aidiyyəti vəzifəli şəxslərinin 210050957 saylı cinayət işi üzrəmənim yüzlərlə yazılı müraciətlərimdən, məhkəmə qərarlarından və iş üzrəyaranmış vəziyyətdən irəli gələn tələblərlə bağlı hansı səbəbdən tədbir görmədikləri araşdırılmalıdır:

​​​Bakı şəhər prokurorluğu üzrə:

​​​Nəsibov Vüqar Məsim oğlu – prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi və onun müavini Hadıyev Ramazan Ədyar oğlu;

​​​Əliyev Ramil Firudin oğlu – Təşkilat və icraya nəzarət şöbəsinin rəisi,

​​​Baş Prokurorluq üzrə:

​​​Abbasov Mahir Fəxrəddin oğlu – prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi və onun müavinləri – Bayramov Rəşid Yusif oğlu, Mahmudov Fəqan Tofiq oğlu;

​​​Qılıcov Kamal Sayad oğlu – Xidməti araşdırmalar idarəsinin rəisi və onun müavini Tarverdiyev Anar Şəmsəddin oğlu

​​​Bu şəxslərin hər birinin konkret vəzifə səlahiyyətlərinin hazırkı 210050957 saylı cinayət işi üzrə onların üzərinə düşən vəzifələri icra etməmələrinin səbəbi də rəhbərliyin diqqətindən kənarda qalmamalıdır.

“İSTİNTAQA NƏZARƏT” ADI SADƏCƏ AD OLMAMALIDIR

​​​Baş Prokurorluğun prokurorluqda istintaqa nəzarət idarəsi həm Prokurorluqda istintaqa nəzarət idarəsi, həm Təşkilat və icraya nəzarət idarəsi, həm də Xidməti araşdırmalar idarəsi ayrı və müstəqil struktur bölmələri kimi müəyyən edilmişdir.

​​​Bu struktur bölmələrinin mövcudluğunun özü göstərir ki, prokurorluq daxilində istintaqın qanuniliyinə və prokurorluq əməkdaşlarının fəaliyyətinə nəzarət üçün birbaşa mexanizm nəzərdə tutulmuşdur. Bu halda sual çox sadədir: 210050957 saylı cinayət işi üzrə bu mexanizm niyə işləməyib?

​​​Məhkəmələrin 6 dəfə aradan qaldırılmış xitam qərarları məlum olubsa — nə üçün həmin qərarları qəbul edən müstəntiqin fəaliyyətinəmünasibətdə tədbir görülməyib?

​​​Müstəntiqlərin fəaliyyətinə nəzarət etməli olan prokuror bu hallardan məlumatlı olduğu halda nə üçün qanunla ona verilmiş səlahiyyətlərdən istifadə edilməyib?

​​​Yuxarı prokurorluqların aidiyyəti vəzifəli şəxsləri bu vəziyyətdən məlumatlı olduqları halda nə üçün məsələ xidməti qaydada araşdırılmayıb?

​​​Bu zəncirvari susqunluğa səbəb nədir və nə vaxta kimi davam edəcək?

​​​Bunlar artıq zərəəkmiş şəxsin subyektiv mülahizəsi deyil, sənədlərlə cavablandırılmaqla hüquqi qiymət verilməsini tələb edən konkret suallardır.

PROSESSUAL QANUN POZUNTULARININ HÜQUQI “RESİDİVİ” HANSI SƏBƏBDƏN ARAŞDIRILMIR?

​​​Prokurorluğun Xidməti araşdırmalar idarəsinin fəaliyyət istiqamətləri sırasında prokurorluq işçilərinin hüquqpozmaları ilə bağlı daxil olmuş müraciətlərə və müvafiq məlumatlara baxılması, zəruri hallarda xidməti yoxlamanın aparılması məsələsinin qaldırılması kimi funksiyalar nəzərdətutulur.

​​​210050957 saylı cinayət işi üzrə mənim yüzlərləmüraciətlərim, məhkəmələrin 30 sayda qərarlarının mövcudluğu və xüsusilə6 xitam qərarının məhkəmələr tərəfindən ləğv edilməsi nəticəsindəprokurorluq əməkdaşlarının fəaliyyətinin xidməti qaydada araşdırılması məsələsinin niyə qaldırılmadığı da suallar doğurur.

​​​Çünki bir prokurorluq əməkdaşının qərarı məhkəmə tərəfindən bir dəfə aradan qaldırıla bilər.

​​​İkinci dəfə də aradan qaldırıla bilər.

​​​Lakin, prokurorluğun müstəntiqin eyni xarakterli vəziyyəti 6 dəfə təkrarlaması artıq sözün birbaşa mənasında prosessual qanun pozuntularının hüquqi “residivi” olduğu halda, nəzarət mexanizminin özünün işləyib-işləmədiyi barədə də ciddi sual yaranır.

MƏSƏLƏYƏ MÜNASİBƏTİN YALNIZ MÜSTƏNTİQİN YANAŞMASINDAN KİFAYƏT DEYİL

​​​Mən hesab edirəm ki, bu iş üzrə yalnız Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin hərəkətlərinin araşdırılması kifayət deyil. Çünki müstəntiq prokurorluq sistemində nəzarətsiz fəaliyyət göstərən şəxs deyil.

​​​Müstəntiqin fəaliyyətinə prosessual rəhbərlik edən prokurorlar vardır.

​​​Buna görə də mənim müraciətimin məqsədi təkcə müstəntiqin davranışı yox, həmin vəziyyətin illər ərzində necə mümkün olması, daha doğrusu hansı səbəbdən şəraitin yaradılmasıdır.

​​​Əgər bir müstəntiqin qərarları məhkəmə tərəfindən dəfələrlələğv edilirsə, lakin həmin fəaliyyət davam edirsə və buna nəzarət edən vəzifəli şəxslər tərəfindən heç bir tədbir görülmürsə, artıq yalnız icraçının deyil, nəzarət mexanizminin də fəaliyyəti araşdırılmalıdır.

​​​Göstərdiklərimə əsasən,

X A H İ Ş E D İ R Ə M :

1. 210050957 saylı cinayət işi üzrə 30 məhkəmə qərarının, xüsusilə də 6 dəfə ləğv edilmiş xitam qərarlarının icrası və onların hüquqi nəticələrinin təmin edilməsi məsələsi araşdırılsın;

2. Müstəntiq Fuad Babayevin, məhkəmələr tərəfindən dəfələrlə qanunsuz və əsassız hesab edilərək ləğv edilmiş xitam qərarlarını qəbul etməsi və eyni nəticəyə təkrarən qayıtması ilə bağlı hərəkətlərinə hüquqi qiymət verilsin;

3. Müstəntiq Fuad Babayevin həmin hərəkətlərində vəzifəsəlahiyyətlərindən sui-istifadə, vəzifə borclarının lazımıncayerinə yetirilməməsi vəya digər hüquqpozma əlamətlərinin olub-olmaması araşdırılsın;

4. Sabunçu rayon prokuroru Murad Dadaşovun 210050957 saylı cinayət işi üzrə müstəntiq Fuad Babayevin fəaliyyətinə prosessual rəhbərlik vənəzarəti hansı səviyyədə yerinə yetirməsi yoxlanılaraq, hüquqi qiymət verilsin;

5. Bakı şəhər prokurorluğunda və Baş Prokurorluqda 210050957 saylıcinayət işi üzrə yüzlərlə yazılı müraciətlərimin baxılmasına və məhkəmə nəzarəti qaydasında verilmiş 30 məhkəmə qərarınaın icrasına nəzarət etməli olan aidiyyəti vəzifəli şəxslərin hansı səbəbdən tədbirlər görmədikləri müəyyən edilsin.

​​​MÜRACİƏTİMİN MƏQSƏDİ:

​​​Bu müraciətimlə mən yalnız bir-birini tamamlayan vəsənədlərlə sübuta yetirilmiş və yoxlanılması tələb olunan faktları nəzərinizə çatdırıam.

​​​Zərərçəkmiş şəxs olduğum 210050957 cinayət işi üzrə:

​​​30 məhkəmə qərarı;

​​​ 6 dəfə məhkəmə tərəfindən ləğv edilmiş xitam qərarı;

​​​ eyni nəticənin təkrar yaranması;

​​​istintaqı illərlə süründürməçiliyə məruz qoyulmuş cinayət işi;və bütün bunlara nəzarət etməli olan prokurorluq strukturunun susqunluğu.

​​​Bu faktların hamısı birlikdə daha ciddi bir sual yaradır:

​​​Prokurorluq sistemində müstəntiqin fəaliyyətinə nəzarət edən prokuror, həmin prokurora nəzarət edən yuxarı prokurorluq, istintaqa nəzarət edən ayrıca struktur və zəruri hallarda xidməti araşdırma aparmalı olan struktur mövcud olduğu halda, prosessual pozuntular törədilməsinə göz yumulmasına və 30 dəfə məhkəmə qərarının verilməsinə şəraitin yaradılmasına, xüsusən də 6 dəfə məhkəmə tərəfindən ləğv edilmiş 6 xitam qərarlarının qəbul edilməsi necə mümkün olmuşdur?

​​​Müraciətimlə mən bu suala cavab istəyirəm… Və həmin cavab yalnız müstəntiq Fuad Babayevin növbəti xitam qərarı ilə yox, prokurorluq daxilində bu vəziyyətin necə yarandığının və hansı səbəbdən illərlə aradan qaldırılmadığının araşdırılması iləverilməlidir.

Hörmətlə: 210050957 saylı cinayət işi üzrə zərəəkmiş şəxs

​​​İsmayılov Ağasəf İslam oğlu”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!