Əsas məzmuna keç

Masallıdakı hadisənin qurbanı xəstəxanada vəfat etdi

bcfa fc e e ebda

Masallıda çayda xəsarət alan Cəlilabad sakini xəstəxanada vəfat edib.

Tezadlar.az xəbər verir ki, , hadisə bir neçə gün əvvəl Masallı rayonu ərazisində yerləşən çayda baş verib.

Belə ki, Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 2003-cü il təvəllüdlü Quliyev Coşqun Şakir oğlu çimmək məqsədilə çaya tullanan zaman boyun nahiyəsindən ağır xəsarət alıb.

O, paytaxt xəstəxanalarından birində 10 gün müalicə olunsa da, bu gün tibb müəssisəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…