22 İyul 2022 / 11:23

MASKA VƏ ANTİSEPTİK MƏHSULLARDAN İSTİFADƏ EDİLMƏLİDİR

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva koronavirusa yoluxanların sayının artması ilə əlaqədar tövsiyələrlə çıxış edib.

Onun sözlərinə görə, əksər hallarda xəstəlik yüngül formada keçir, amma “risk qrupuna” daxil olanlar şəxslərdə xəstəlik nisbətən ağır keçə bilər.

Buna görə bu vətəndaşlara gigiyenik qaydalara ciddi şəkildə əməl etmələri, koronavirusun ilkin simptomlarını hiss etdikləri təqdirdə dərhal sahə həkimi ilə əlaqə saxlamaları tövsiyə olunur.

Eyni zamanda, ictimai yerlərdə qoruyucu maska və antiseptik məhsullardan istifadə edilməlidir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!