Əsas məzmuna keç

Mədən çökdü

Bolu şəhərinin Mengen rayonundakı özəl bir mədəndə mədənin çökməsi baş verib.

Tezadlar.az xəbər verir ki, səbəbi hələ müəyyən edilməmiş çökmə Gökçesu qəsəbəsinin Çakıllar ərazisində baş verib.

Hadisə barədə məlumat verildikdən sonra əraziyə polis, tibb qrupları, AFAD (Fəlakət və Təcili Yardım İdarəsi), Zonguldak TTK (Türkiyə Kömür Müəssisələri) xilasetmə qrupları və Jandarma Axtarış və Xilasetmə (JAK) qrupları göndərilib.

Çökməni görən iki işçi mədəndən təkbaşına çıxmağı bacarıb. Yeraltında qaldığı düşünülən işçini xilas etmək üçün xilasetmə əməliyyatı başlayıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…