10 May 2022 / 10:46

MEHDİABADDA İKİMƏRTƏBƏLİ EVDƏ YANĞIN BAŞ VERİB

Abşeron rayonunun Mehdiabad qəsəbəsində ikimərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ümumi sahəsi 300 kvadratmetr olan ikimərtəbəli səkkiz otaqlı evin ikinci mərtəbəsinin və dam örtüyünün 150 kvadratmetri yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!