Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-ın birinci xanımı Melaniya Trampın sədrliyi ilə keçirilən BMT Təhlükəsizlik Şurasının iclası böyük maraq doğurub və tamaşaçı yerləri dolub.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
ABŞ prezidentinin həyat yoldaşı “Beynəlxalq sülh və təhlükəsizliyin qorunması: Uşaqlar, texnologiya və münaqişədə təhsil” sessiyasına sədrlik edir. Bu, tarixdə ilk dəfə olaraq dövlət başçısının həyat yoldaşının BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik etməsidir.
Sessiya təkcə ictimaiyyət arasında deyil, həm də tam heyətdə iştirak edən diplomatlar arasında böyük maraq doğurub.
Oktyabr ayında Melaniya Tramp Ukrayna uşaqlarının qaytarılması ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə üç aydır əlaqə saxladığını açıqlayıb.
Əvvəllər Epşteynin Melaniyanı Donald Trampla tanış etdiyi bildirilirdi.
E.ŞİRİNOV