1 May 2026 / 08:17

Məşhur rejissorun Oskar mükafatı təyyarədə yoxa çıxıb

Oskar mükafatı laureatı rejissor Pavel Talankinin “Cənab Putinə qarşı heç kim” sənədli filminə görə qazandığı qızıl heykəlcik Nyu-Yorkdakı Con Kennedi Beynəlxalq Hava Limanında təhlükəsizlik xidmətində saxlanıldıqdan sonra yoxa çıxıb.

Tezadlar.az xəbər verir ki, çərşənbə günü Almaniyaya uçuşa hazırlaşan Talankin Oskar heykəlciyini salona aparmasına icazə verilmədiyini, guya “silah kimi istifadə edilə biləcəyini” bildirib.

Lufthansa heyəti baqajı olmayan rejissorun mükafatını qutuya qoyaraq yük bölməsinə göndərməsinə kömək edib; lakin heykəl Almaniyaya eniş edərkən yoxa çıxıb.

Lufthansa aviaşirkəti dərin təəssüfünü bildirən və mükafatı tapmaq üçün hərtərəfli daxili araşdırmanın başlandığını elan edən bir bəyanat yayıb.

Sənədli filmin icraçı prodüseri Robin Hessman hadisəyə reaksiya verərək, Talankinin əvvəllər də Oskar və BAFTA mükafatları ilə dəfələrlə heç bir problem olmadan səyahət etdiyini vurğulayıb.

Pavel Talankin Rusiyanın Ukraynaya hücumundan sonra rus məktəbində müharibə təbliğatının artması haqqında sənədli filminə görə bu il Ən Yaxşı Sənədli Film nominasiyasında Oskar mükafatına layiq görülüb.

Rejissor mükafatı Nyu-Yorkda universitet tələbələri ilə birlikdə qatıldığı tədbirdə nümayiş etdirmək üçün özü ilə aparıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!