Əsas məzmuna keç

MİŞEL XAVİNİ ƏVƏZ EDƏ BİLƏR

“Jirona”nın baş məşqçisi Mişel “Barselona”nın baş məşqçisi postuna əsas namizəddir. Kataloniya klubunun rəhbərliyi Mişelin agenti ilə artıq ən azı üç görüş keçirib.

Bu barədə jurnalist Fransua Qalardo sosial şəbəkələrdə məlumat yayıb.

Onun sözlərinə görə, gələn mövsüm “Barselona”nın yeni baş məşqçisi “Jirona”nın hazırkı məşqçisi olacaq.

Qeyd edək ki, İspaniya çempionatının 16 turundan sonra “Jirona” 41 xalla birinci yerdədir. “Barselona” 7 xal geridə olmaqla üçüncüdür.

Xavi 2021-ci ildə Kataloniya klubuna başçılıq edir və dörd mövsümlük müqavilə imzalayır. Ötən mövsüm komanda ölkə çempionu olub.

​ E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…