Əsas məzmuna keç

Mobil operatorların cari ilin 7 ayında əldə etdiyi gəlir ötən ilkini üstələyib -aylıq gəlirləri isə…

Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2025-ci ilin yanvar-iyul aylarında 2082,8 milyon manatlıq xidmət göstərilib.

Tezadlar.az   Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, göstərilən xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz artıb.

Komitənin məlumatına görə, informasiya və rabitə sahəsində xidsmətlərdən əldə edilən gəlirin 33,7 faizi və ya 702,6 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Ötən ilin eyni dövrünə nisbətən mobil operatorlarnın gəlirləri 10 milyon manat və ya 1,4% artıb.  Daha dəqiq desək, mobil operatorların ay ərzində əldə etdikləri gəlir 100 milyon manatı ötüb.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…