Əsas məzmuna keç

MOSKVADA AVTOMOBİLİ PARTLATMAQDA ŞÜBHƏLİ BİLİNƏN TÜRKİYƏDƏ SAXLANILIB

Moskvada avtomobillə partlayış törədən Rusiya vətəndaşı Türkiyənin Bodrum şəhərində saxlanılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya məlumat verib.

“Bu gün saat 10:30-da İnterpolun Rusiya bölməsinin nümayəndələri bizim İnterpol/Avropol departamentinin qərargahına zəng edərək Rusiya vətəndaşı Yevgeni Serebryakov adlı şəxsin avtomobildən istifadə edərək terror aktı törətdiyini bildiriblər. Moskvada bomba, terror aktı nəticəsində 2 nəfər yaralanıb və Moskva – Bodrum təyyarəsi ilə ölkəmizə gələn şəxs Muğla vilayətinin polis bölmələri tərəfindən Bodrumda saxlanılıb”, – nazir Twitter səhifəsində  yazıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…