Əsas məzmuna keç

Moskvada bir yeniyetmə kinoteatra od vurub

Bir yeniyetmə anonim şəxslərin göstərişi ilə Moskvanın şimalındakı “Aviapark” ticarət mərkəzindəki kinoteatra od vurub.

Tezadlar.az bildirir ki, Moskva Prokurorluğu bu barədə 13 noyabrda məlumat verib.

Prokurorluq Telegram kanalında bildirib ki, “16 yaşlı yeniyetmə naməlum şəxslərin telefon zənglərindən sonra kinoteatra bir qutu tezalışan maye gətirib yandırıb”.

Hadisənin şahidlərindən biri REN TV-yə bildirib ki, kinoteatrda siqnalizasiya yoxdur. Bundan əlavə, işıqlar yandırılmayıb və insanlar ətrafda baş verənlərdən xəbərsiz oturublar.

Şahidin sözlərinə görə, naməlum şəxslər yanğını törədən yeniyetməyə 2500 rubl köçürüblər. O, bu pulu benzin almaq üçün istifadə edib.

“Oğlanın 16 yaşı var və o, həyatını məhv edib. Axı bu, terrorizmdir”, – şahid deyib.

Yanğın zamanı heç kimin xəsarət almadığı dəqiqləşdirilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…