Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Statusu olan şəxslərin yaraşmaz hərəkətləri hansı ölkədə, hansı millətdən olmasına baxmayaraq, həmişə birmənalı qarşılanmayıb… Budur, yetkinlik yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkət törətməkdə ittiham olunan müəllim saxlanılıb. Tezadlar.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, İmereti bölgəsindəki dövlət məktəblərindən birində 1984-cü il təvəllüdlü İ.D adlı müəllim 16 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkət etməkdə ittiham olunaraq saxlanılıb.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 141-ci maddəsinin birinci hissəsi ilə aparılır və həmin maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.