Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 İyul 2026 / 19:37

Naxçıvanlı sərnişin beyin qanaması ilə xəstəxanaya düşdü

Türkiyədə “Aras Turizm” avtobusunun sürücüsü naxçıvanlı sərnişini döyərək ona ağır xəsarət yetirib. Sərnişinin beyin qanaması keçirdiyi və xəstəxanaya yerləşdirildiyi deyilir.

Tezadlar.az xəbər verir ki, hadisə Kağızman şəhərində, İstanbul-İğdır marşrutu üzrə hərəkət edən avtobusda baş verib.

Döyülən sərnişinin Şərur şəhər sakini İntiqam Tağıyev olduğu bildirilir.

Sərnişinlərin “Gündəlik Naxçıvan”a bildirdiyinə görə, mübahisə avtobusun yolda əlavə sərnişin götürmək üçün tez-tez və uzun fasilələr verməsindən sonra yaranıb. Onlar saatlarla gözlədildiklərini deyirlər.

Şahidlər sürücünün sərnişini avtobusdan zorla düşürərək döydüyünü bildirirlər.

Naxçıvanlı sərnişinlər buna bənzər hallarla tez-tez rastlaşdıqlarını, türk sürücülərin onları aşağıladıqlarını bildirirlər:

“İstanbuldan İğdıra gedən avtobusların sərnişinləri demək olar ki, naxçıvanlılardan ibarət olur. Bu şirkət və sürücüləri biz naxçıvanlı sərnişinləri həmişə aşağılayır.

Əlavə sərnişin yığmaq üçün 20 saatlıq yolu 30 saata gəlib çıxırıq. Bu, birinci dəfə deyil, hər dəfə belə olur. Təkcə bu da deyil. Bəzən sərnişinlərin əlində bilet ola-ola yerlərini dəyişməyə məcbur edir, ön sıradan arxaya keçirirlər. Buna razı olmayanları isə yarı yolda avtobusdan düşürürlər”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!