Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyanın paytaxtı Moskvada Navai səhnə adı ilə tanınan Azərbaycan əsilli reper Nəvai Bəkirov idarəetdiyi “Ferrari” markalı sport avtomobillə qəza törədib.
Tezadlar.az xəbər verir ki, bu bardə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, repçinin olduğu nömrəsiz qara “Ferrari” Zubovski bulvarında svetofora çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
İfaçı sosial şəbəkə hesablarında faktı təsdiqləyərək bildirib ki, hadisə vaxtı avtomobil 60–65 km/saat sürətlə hərəkət edib və idman təkərlərinə görə idarəetməni itirib.