Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqqızının nişanlısı – duet ortağı Xan Qaraxanlı ilə ayrıldıqları məlum olub..
Tezadlar.az xəbər verir ki, bu haqda “Şadlıq olsun” proqramında F.Mahmudova danışıb. Toyla bağlı suala aktrisa etiraz edib. O bildirib ki, nişan qayıdıb:
“Xahiş edirəm, Nigarın şəxsi həyatından danışmasınlar. Bu, mövzuya toxunmayın. Bir oyun idi oynadıq, bitdi getdi. Mən oynamadım, ümumilikdə oldu. Həyatımın faciəsi çox olub. Bu da bir faciə idi, bitdi”.
Qeyd edək ki, müğənni, aktrisa Nigar Tofiqqızı duaet ortağı Xan ilə bir neçə ay öncə nişanlanıblar. Onlar bütün toy və nişan şənliklərinə birgə gedir və çox sevilirdilər. Son günlər sosial mediada cütlüyün ayrıldığı barədə iddialar yer almışdı.







