Əsas məzmuna keç

NYT: İngiltərə millisinin ABŞ-dakı bazası yaxınlığında baş verən atışmada doqquz nəfər yaralanıb

ABŞ-də Missuri ştatının Kanzas-Siti şəhərində, İngiltərə milli futbol komandasının 2026-cı il Dünya Kuboku üçün təlim-məşq bazasının yaxınlığında atışma baş verib.

Tezadlar.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Qeyd olunub ki, 6 iyun gecəsi baş verən hadisə nəticəsində doqquz nəfər həyati təhlükəsi olmayan xəsarətlərlə yerli xəstəxanalara yerləşdirilib.

Polis hələlik heç bir şübhəlini saxlamayıb və axtarışları davam edir. Hadisənin motivi ilə bağlı heç bir məlumat verilməyib.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…