4 Avqust 2026 / 19:59

Nyu-York metrosunda yanğın: 12 nəfər zəhərləndi

Nyu-York metrosunda texniki qatarda baş verən yanğın nəticəsində 12 nəfər tüstüdən zəhərlənib.

Tezadlar.az xəbər verir ki, ABC telekanalının yaydığı məlumata görə, hadisə gecə saatlarında baş verib.

Yanğın nəticəsində İst-Villic ərazisində yerləşən “Astor Place” stansiyası tüstü içində qalıb. Hadisədən sonra həmin istiqamətdə qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Nyu-York Yanğınsöndürmə Departamentinin rəis müavini Tom Kurrao bildirib ki, zərərçəkənlərdən 7-si Nəqliyyat İdarəsinin əməkdaşı, 5-i isə yanğınsöndürəndir. Onların tüstüdən zəhərləndiyi qeyd olunub.

Məlumata görə, xidmət əməkdaşları relslərin təmizlənməsi və təhlükəsizlik yoxlamalarından sonra metro xəttində hərəkətin bərpası üçün işlər aparıblar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!