Əsas məzmuna keç

Ölümə səbəb olan sürət həddi və səriştəsizlik…

 …Ələt-Astara yolunun Masallı rayonu ərazisindən keçən 122-ci kilometrində baş verən dəhşətli yol-nəqliyyat hadisəsi saat 13:05-də Masallı rayonunun Ləngan kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata əsasən, “Toyota Prado” markalı, 10-RV-404 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – 1982-ci il təvəllüdlü Teymurov İxtiyar Əliyar oğlunun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişinlər – sürücünün övladları- 2023-cü il təvəllüdlü Əli Teymurov və 2016-cı il təvəllüdlü BanuTeymurova, qohumu, 2002-ci il təvəllüdlü Alışov Aydın Təhməsib oğlu hadisə yerində həyatlarını itiriblər…
Niyə? Nə baş verir? Güman ki, sürət həddi elə də bir rol oynamayıb. Çünki istehsalçı bu tip avtomobilə 240-260 km/saat sürət müəyyənləşdirib. Amma belə bir avtomobili 110-luq yolda idarə edə biməməmək, bu artıq naşılıq və səriştəsizlik deməkdir…
Sükan arxasında sərnişinlərlə olanda məsuliyyətli qəti itirməyin ki…
A.Məmmədli
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…