10 Avqust 2026 / 08:24

Oman sahillərində sanksiyalı neft tankeri batır…

Sanksiyaya məruz qalan və təxminən 1 milyon barel neft daşıyan “Caroline Bezengi” tankeri Oman sahillərində batır. Tezadlar.az xəbər verir ki, bu barədə “Arab News” peyk görüntülərinə istinadən məlumat yayıb.

Gəmi təxminən iki ay əvvəl Omanının cənub-qərbində, Kibliya adası yaxınlığındakı qorunan ərazidə dayazlığa oturub. Nəşrin yayımladığı peyk görüntülərində təxminən 800 kvadratkilometr ərazini əhatə edən neft çirklənməsi qeydə alınıb.

Neft sızmasından zərər çəkən ərazi Ərəbistan dənizinin qoruğunun tərkibinə daxildir. Burada müxtəlif vəhşi heyvan növləri, o cümlədən nəsli kəsilmək təhlükəsi ilə üzləşən canlılar yaşayır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!