Əsas məzmuna keç

ONLAR BEYNƏLXALQ TURNİRDƏ BÜRÜNC MEDAL QAZANDILAR

Azərbaycan gimnastları Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” beynəlxalq yarışında fəxri kürsüyə qalxıblar.

Azərbaycan Gimnastika Federasiyanın mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, İbrahim Mustafazadə, Əli Niftəliyev və Fərhad Vəliyev komanda hesabında yüksək nəticə əldə edərək bürünc medal qazanıblar.

Ötən gün start götürən turnirə iyulun 13-də yekun vurulacaq.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…