Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 İyul 2026 / 18:08

Özbəkistan vətəndaşı həbs edildi

Özbəkistan vətəndaşı Güzal Mamatova Bakıda həbs edilib.

Tezadlar.az xəbər verir ki, özbək xanım yarım milyon manata yaxın dələduzluqda ittiham olunur.

İş materiallarında qeyd edilib ki, G.Mamatova qızıl alveri ilə məşğul olub. Lakin sonradan istiqamətini dəyişib. O, bir neçə nəfərin satış üçün verdiyi qızılları sataraq külli miqdarda pulu ələ keçirib.

Özbək satıcı zərərçəkmişlərin şikayətindən sonra polis əməkdaşları tərəfindən tutulub. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Özbək mütəhim ittihamla razılaşmasa da, yekunda təqsirli bilinsə, 10 ilə kimi həbs edilə bilər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!