Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Pakistanın Svat bölgəsinin Kabal qəsəbəsində yerləşən polis bölməsinin qarşısında terror aktı törədilib. Ölkənin Daxili İşlər Nazirliyinin yaydığı xəbərə görə, terrorçu kamikadzenin özünü partlatması nəticəsində azı 20 nəfər həlak olub, daha 30-a yaxın yaralanıb. Terrorçu polis əməkdaşları onu polis bölməsinin girişində saxlayaraq üzərində axtarış aparmaq istədikdən sonra üzərindəki partlayıcı qurğunu işə salıb. Ölənlərdən 4-ü polis əməkdaşıdır. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Qeyd: partlayış Kabal polis bölməsinin giriş qapısı yaxınlığında, yüzlərlə insanın Svat vadisində son vaxtlar artan terror hadisələrinə etiraz olaraq Kabal meydanında keçirilən aksiyada iştirak etdiyi vaxt baş verib. Partlayışdan əvvəl aksiyada çıxış edənlər Svat bölgəsində terror olaylarının yenidən artmasını pisləyərək hökumətdən bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunmasını tələb ediblər.