Əsas məzmuna keç

PANDEMİYADAN ZƏRƏR ÇƏKMİŞ SAHİBKARLARA ÖTƏN İL DƏ DƏSTƏK GÖSTƏRİLİB

 Pandemiyadan zərər çəkmiş biznes subyektlərinə mövcud kreditlər üzrə faiz subsidiyalarının ödənilməsi məqsədilə borcu olan sahibkarların müraciəti əsasında subsidiyaların verilməsi ötən il ərzində davam etdirilib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

“31 dekabr 2023-cü il tarixinə kreditin qalıq məbləği 893,4 milyon manat olan 5.071 müraciət üzrə 71,5 milyon manat faiz subsidiyası ödənilib. Dəstək proqramı çərçivəsində 31 dekabr 2023-cü il tarixinədək pandemiyadan zərər çəkmiş sahibkarlara ayrılmış dövlət zəmanətli kreditlər üzrə subsidiyanın ödənilməsi istiqamətində 52 milyon manat vəsait verilib”, – nazir əlavə edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…