5 Mart 2026 / 18:42

Paşinyan yenə də Təhlükəsizlik Şurasının iclasını keçirib

Bu, İrana qarşı Amerika-İsrail hərbi hücumunun başlamasından bəri bir həftədən az müddətdə keçirilən üçüncü iclasdır.

ER Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasına sədrlik edib.

Təhlükəsizlik Şurasında Ermənistan Prezidenti Vaaqn Xaçatryan, spiker Alen Simonyan və digər rəsmi şəxslər də iştirak ediblər.

İclasda regiondakı təhlükəsizlik vəziyyəti və nəqliyyat kommunikasiyalarının normal fəaliyyətinin təmin edilməsi məsələləri müzakirə edilib.

Baş nazir müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının ilk iclası İrana hücumdan dərhal sonra – 28 fevralda, ikincisi isə 1 mart tarixində keçirilib.

Və bu iclas 6 gün ərzində sayca üçüncüsüdür.

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!