Əsas məzmuna keç

Paytaxtda zəncirvari yol qəzası: Yol polisi avtomobili də zədə alıb – VİDEO

Bakının Xətai rayonu ərazisində, “Xətai” metrosu istiqamətində yerləşən “Midland” postunun qarşısında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə yerində olan Tezadlar.az-ın əməkdaşının məlumatına görə, qəza YPX avtomobilinin də iştirakı ilə qeydə alınıb. Hadisə zamanı dörd nəqliyyat vasitəsi zəncirvari şəkildə toqquşub. Toqquşmanın gücü nəticəsində avtomobillər ciddi zədələnib, bəzi nəqliyyat vasitələrinə külli miqdarda maddi ziyan dəyib. Qəzanın təsiri bununla da məhdudlaşmayıb. Yolun kənarında park edilmiş təxminən altı ədəd skuter də zərbənin təsirindən aşaraq, müxtəlif dərəcəli zədələr alaraq yararsız vəziyyətə düşüb. Hadisə yerindən çəkilən görüntülər qəzanın kifayət qədər güclü olduğunu göstərir. İlkin məlumata əsasən, hadisə nəticəsində insan itkisi qeydə alınmayıb. Bununla belə, nəqliyyat vasitələrinə və skuterlərə ciddi maddi ziyan dəyib.

Yaralıların olub-olmaması ilə bağlı rəsmi məlumat hələlik açıqlanmayıb.

Qəza səbəbindən ərazidə nəqliyyatın hərəkətində müəyyən müddət çətinlik yaranıb.

Hadisə yerinə polis əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…