Zərgərlik mağazasında oğurluq edən şəxs saxlanılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatda deyilir:
“Paytaxtın Nizami rayonunda yerləşən zərgərlik mağazalarından birində oğurluq hadisəsi baş verib. Q.Qarayev prospektində yerləşən obyektlərin birindən 1800 manat dəyərində qızıl-zinət əşyasının talanması barədə polisə məlumat daxil olub.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə əməli törətməkdə şübhəli bilinən 53 yaşlı Zabil Abışov müəyyən olunaraq saxlanılıb. Araşdırmalar zamanı onun satıcının diqqətinin yayınmasından istifadə edərək oğurluq etdiyi məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir”.
Aşağıdakı linkə daxil olaraq videonu izləyə bilərsiniz: