Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Tezadlar.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:
- Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
- Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
- 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
- Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
- Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
- Babək prospekti, mərkəz istiqamətində;
- Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində.







