Əsas məzmuna keç

Pəncərədən yıxılan kişi öldü

Lerik rayonunun Livədirqə kəndində ölümlə nəticələnən hadisə baş verib.

Tezadlar.az xəbər verir ki, kənd sakini, 59 yaşlı Vaqif Ayazəli oğlu Quliyev səhər saatlarında yaşadığı evin pəncərəsindən, təxminən 3 metr hündürlükdən həyətdəki çay daşlarının üzərinə yıxılıb. O, aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Meyit daxili və xarici müayinənin aparılması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…