Əsas məzmuna keç

Pirşağıda 15 yaşlı yeniyetmə dənizdə batıb

ffff dc cf edfbd

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sabunçu rayonu, Pirşağı qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən iki km aralı dənizdə nəzarətsiz ərazidə bir nəfərin batması barədə məlumat daxil olub.

Tezadlar.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş – 2010-cu il təvəllüdlü Seyidəmirov Asiman Elaqif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…