Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 İyun 2026 / 20:45

Polisin aşkarladığı 5 tona yaxın narkotik məhv edilib -VİDEO

İyunun 11-də polis əməkdaşları tərəfindən aşkarlanmış müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının növbəti məhv edilməsi prosesi keçirilib.
Bu barədə Tezadlar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Daxili İşlər Nazirliyi tərəfindən qanunsuz dövriyyədən çıxarılan və məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 4 ton 576 kiloqram müxtəlif narkotik vasitə və 122 min 367 ədəd psixotrop tərkibli həb paytaxtın Sabunçu rayonu ərazisində məhv edilib.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!