AZAL-a məxsus təyyarənin Rusiya ərazisində raketlə vurulmasının üstündən sərin su içən rəsmi Moskva bu yaxınlarda Azərbaycan Milli Məclis üzvünün Rusiyadan deport edilməsinə susmaqdadır… Azərbaycan prezidenti İlham Əliyev bu mövqelərə qarşı Azərbaycanın mövqeyini ortaya qiymaqdadır: prezident mayın 9-da Moskvada Qələbə Paradına qatılmayacaq. Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov dünən mayın 7-də bəyan edib. O, Laos liderinin də paradda iştirak etməyəcəyini sözlərinə əlavə edib.
Bundan öncə Kreml azı 20 xarici liderin Moskvaya gələcəyini açıqlamışdı.
Artıq Çin lideri Si Cinpin, Serbiya prezidenti Aleksandr Vuçiç Moskvaya çatıblar. Venesuela lideri Nikolas Maduro da Rusiyadadır, prezident Vladimir Putinlə görüşüb.
Bu arada Rusiya səması iki gündür Ukrayna dronları ilə dolub- daşır… Faşizm üzərindəki qələbınin 80 illiyində xüsusi payı olan Ukrayna iki ildir Rusiyanın yaşatdığı müharibənin altını çəkir… Və Vladimir Putin bu müharibədə də qalib gəlmək istəyir. Amma bir fərq var: indi Rusiya Hitler kimi iddialı rəhbərlə deyil, Ukraynaya arxa duran onlarla ölkənin ağıllı rəhbəri ilə qarşı- qarşıyadır…
Asif MƏRZİLİ