Əsas məzmuna keç

Qabırrı çayında faciə: Bir nəfər boğuldu

Samuxda “MAZ” çaya aşıb.

Tezadlar.az-ın məlumatına görə, hadisə rayonun Burunqovaq kəndinin yaxınlığında baş verib.

 

Hərəkətdə olan “MAZ” markalı yük avtomobili idarəetmədən çıxaraq Qabırrı çayına aşıb.

Nəticədə, “MAZ”da olan 1 nəfər çayda boğularaq ölüb, 2 nəfər isə sudan çıxıb.

Hazırda suda boğularaq ölən şəxsin axtarışlarına başlanıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…