Əsas məzmuna keç

Qarabağda işçiləri daşıyan avtobus dərəyə aşıb – 6 nəfər xəsarət alıb

Tezadlar.az xəbər verir ki, hadisə ötən gecə Suqovuşan ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı mikroavtobus hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı dərəyə aşıb.

İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan 6 nəfərdən 3-ü Mingəçevirdəki özəl xəstəxanaya yerləşdiriliblər. Digər 3 nəfər isə Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib.Faktla bağlı araşdırma davam etdirilir.

trend

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…