Əsas məzmuna keç

Qatar reysdən çıxdı: ən azı 44 nəfər yaralandı, 140 yanğınsöndürən cəlb edildi

Fransanın şimalındakı Normandiya bölgəsində sərnişin qatarı relsdən çıxıb, nəticədə ən azı 44 nəfər yaralanıb.
Tezadlar.az xatıdladır ki, bu barədə BBC, Sky News və Reuters məlumat yayıb.  Qəzanın dünən cümə günü yerli vaxtla saat 19:30 radələrində Ruenin cənubunda yerləşən Kleon bələdiyyəsi yaxınlığında baş verdiyi bildirilir.
Fransanın nəqliyyat naziri Filipp Tabarot bildirib ki, Ruendən Normandiyanın Kan şəhərinə gedən regional ekspress qatarda təxminən 180 sərnişin olub. Fransa polisinin sözçüsü bildirib ki, qatar naməlum obyektlə toqquşduqdan sonra relsdən çıxıb. Vaqonlardan biri aşıb, daha dördü isə relsdən çıxıb. Tabarotun məlumatına görə, hadisə yerinə 140 yanğınsöndürən və digər təcili yardım xidmətləri cəlb edilib. Yaralananlar arasında ağır xəsarət alan 18 yaşlı qadın da var. O, ağır vəziyyətdə vertolyotla Ruendəki xəstəxanaya təxliyə edilib. Dövlətə məxsus dəmir yolu operatoru SNCF bu hissədə xidmətdə ciddi fasilələr olduğunu bildirib və əvəzedici avtobuslar yerləşdirib. Yerli hakimiyyət orqanları sakinləri qəza bölgəsindən uzaq durmağa çağırıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…