Əsas məzmuna keç

Qaxda canavarlar qoyun sürüsünə hücum etdi- ÇOBAN SALAMATDIR

bfdb ff f bae eeca

Ötən gün Qaxda canavarlar qoyun sürüsünə hücum edərək 5 baş qoyunu parçalayıb.

Tezadlar.az ın Şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün günorta saatlarında, rayonun Meşəbaş kəndi ərazisində qeydə alınıb. Qax şəhər sakini Elşən Omarov otlaq ərazisində qardaşına məxsus qoyunları otararkən 3 baş canavar sürüyə hücum edib. Canavarlar 3 baş qoyunu aparıb, 2 qoyunu isə parçalayaraq tələf ediblər. Zərərçəkmişlərin sözlərinə görə, bu hal birinci dəfə baş vermir. Əvvəlki illərdə də canavarlar onlara ziyan vurub. Çobana isə zərər vurulmayıb.

Elşad

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…