Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu barədə Qazaxıstan Prezidentinin müşaviri və mətbuat katibi Aybek Smadiyarov məlumat verib
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn və Küveyt başçılarına şəxsi mesajlar göndərərək, bu çətin sınaq dövründə bu ölkələrin xalqlarına səmimi dəstək və həmrəylik ifadə edib.
Tezadlar.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, Tokayev Qazaxıstan dövlətinə dost və qardaş ölkələrin suverenliyinə və təhlükəsizliyinə xələl gətirməyə yönəlmiş bütün hərbi əməliyyatları qətiyyətlə pisləyir.
Qazaxıstan liderinin mesajlarında deyilir: “Ölkəmiz bütün mürəkkəb beynəlxalq problemlərin və silahlı münaqişələrin yalnız diplomatik yolla həll edilməsinin tərəfdarıdır”.
Prezident həmçinin bildirib ki, Qazaxıstan qardaş ərəb ölkələrinə əlindən gələn hər hansı bir yardımı göstərməyə hazırdır və onların yüksək vəzifəli şəxsləri ilə davamlı işgüzar əlaqələri davam etdirməyə ümid edir.
JASMİN