10 Mart 2026 / 16:41

Qətər partlayış səslərindən sonra “Evdə qalın!” xəbərdarlığı yayıb

Qətərin paytaxtı Dohada partlayış səsləri eşidilib və Daxili İşlər Nazirliyi vətəndaşları evdə qalmağa çağıraraq yüksək təhlükə xəbərdarlığı yayıb.

Tezadlar.az-ın xarici mediaya istinadən məlumatına görə, ölkə mətbuatında yer alan xəbərlərdə Dohadakı partlayışların ABŞ-İsrail hücumlarına cavab olaraq İranın cavab hücumları ilə əlaqəli olduğu bildirilib.

Qətərin rəsmi xəbər agentliyi “QNA” tərəfindən dərc edilən xəbərdə Daxili İşlər Nazirliyinin yüksək təhlükə xəbərdarlığı yaydığı bildirilib.

Nazirlik vətəndaşları təhlükəsizlikləri üçün evdə qalmağa, açıq ərazilərdən və pəncərələrdən qaçmağa çağırıb.

Məlumatda həmçinin Müdafiə Nazirliyinin ölkəyə qarşı raket hücumlarına cavab verdiyi bildirilib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!