Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qətər Müdafiə Nazirliyi ölkəni hədəf alan yeni raket hücumunun qarşısının alındığını açıqlayıb.
Tezadlar.az xəbər verir ki, nazirliyin sosial media hesabında verilən açıqlamada “Silahlı qüvvələr Qətəri hədəf alan raket hücumunu dəf etdi” deyilir.
Əl-Ərəbi televiziyası Qətər Daxili İşlər Nazirliyinin yüksək təhlükəsizlik təhdidi xəbərdarlığından sonra paytaxt Doha üzərində partlayışların eşidildiyini bildirib.
Qətər Daxili İşlər Nazirliyi təhlükəsizlik təhdidinin yüksək səviyyədə olduğunu və ictimai təhlükəsizliyi təmin etmək üçün hər kəsin evdə qalmalı olduğunu açıqlayıb.
E.ŞİRİNOV