Moskva sakininin internetdə qızla tanışlığı az qala qətllə nəticələnəcəkdi. 24 yaşlı gənc yeni sevgilisi ilə görüşə gəlib, amma o, ilk öpüş əvəzinə, qapının ağzından onun başına tava ilə vurub və bütün pullarını alıb.
Tezadlar.az xəbər verir ki, zərərçəkmiş özünə gəlməzdən əvvəl qızın şəriki ona hücum edib və bıçaqla onu vurub. Ağır yaralanmasına baxmayaraq, gənc qaça bilib.
Telefonunun əlindən alındığı üçün o, küçədə yoldan keçənlərdən kömək istəməli olub, onlar təcili yardım çağırıblar. Artıq soyğunçular polis tərəfindən saxlanılıb.
ELBAR