Əsas məzmuna keç

ƏRDOĞAN PREZİDENT SEÇKİLƏRİNİN QALİBİ KİMİ TANINDI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçirilən prezident seçkilərinin ikinci turunda qalib elan edilib.

Tezadlar.az xəbər verir ki, seçkilərin müvafiq yekun nəticələrini yerli telekanalların efirində Türkiyə Ali Seçki Şurasının (Mərkəzi Seçki Komissiyası) rəhbəri Əhməd Ener açıqlayıb.

“Komissiya seçkilərin nəticələri ilə bağlı daxil olan etirazlara baxıb. Prezident seçkilərinin ikinci turunun yekun nəticələri rəsmi qəzetdə dərc olunmaq üçün göndərilib. Nəticələrə əsasən, Ərdoğan 52,18% səs toplayıb və Türkiyə Respublikasının prezidenti seçilib”, – deyə Yener bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…