Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 Oktyabr 2022 / 07:42

ƏRDOĞAN TÜRKİYƏNİN İLK ELEKTRİK AVTOMOBİLİNİ SINAQDAN KEÇİRİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə istehsalı olan “Togg” avtomobilinin istehsal ediləcəyi zavodun açılışında iştirak edib.

 Bursadakı zavodun açılışı zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan “Togg” elektrik avtomobilinin sükanı arxasına keçərək onu sınaqdan keçirib.

Türkiyənin ANADOLU agentliyi xəbər verir ki, dövlət başçısı avtomobilin gövdəsi və quraşdırılması işlərinin aparıldığı sexlərlə tanış olub, daha sonra Türkiyə dövlət başçısı və xanımı Əminə Ərdoğan elektromobili sınaqdan keçiriblər.

Sınaqdan sonra prezident Ərdoğan təəssüratlarını bölüşüb, zavod işçiləri və tədbirin qonaqları qarşısında çıxış edib.

“TOGG” Türkiyənin nüfuzlu brendi olaraq dünyanın bir çox ölkələrinin yollarını bəzəyəcək”, – deyə Türkiyə lideri bildirib.

 

TEZADLAR.AZ

  

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!