“Rosselxozbank”ın filial direktoru saxlanıldı

“Rosselxozbank”ın Oryol regional filialının direktoru 2,4 milyon avronu xaricə çıxardığı üçün FTX əməkdaşları tərəfindən saxlanılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi (İƏM) məlumat yayıb.

“Əməliyyat-istintaq tədbirləri zamanı müəyyən edilib ki, saxlanılan şəxs bankın müştərisi olan “Mtsensk ət emalı zavodu” MMC ilə korporativ mübahisənin mövcudluğundan xəbərdar olaraq, müvafiq səlahiyyətə malik olmadan, tabeliyində olan şəxslərə saxta xarici ticarət müqaviləsi üzrə 2,4 milyon avro məbləğində vəsaitin Sindrabitar Respublikasında qeydiyyatdan keçmiş şirkətə köçürülməsi barədə göstəriş verib. Rusiya Federasiyasının yurisdiksiyasından kənarda olan vəsaitləri qeyri-qanuni hesab edir”, – İƏM bildirib.

FTX qeyd edib ki, qanunsuz hərəkətlər nəticəsində “Rosselxozbank” 167 milyon 715 min rubl (köçürmə zamanı Mərkəzi Bankın məzənnəsi ilə) məbləğində ziyana düşüb. Qeyri-qanuni fəaliyyətlərin müəyyən edilməsi və qarşısının alınması tədbirləri “Rosselxozbank” təhlükəsizlik xidmətinin köməyi ilə həyata keçirilib.

FTX-nin Oryol vilayəti üzrə idarəsinin istintaq bölməsi saxlanılan şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı maddəsinin 3-cü hissəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə cinayət işi açıb. O, hazırda nəzarətə götürülüb.

E.ŞİRİNOV

Xəbəri paylaş

12 İyul