…Uzun illərdir ABŞ-da mühacirlik həyatı yaşayan sabiq spiker Rəsul Quliyevin 13-17 mart 1995- ci il hadisələri ilə bağlı “OsmanqızıTV”yə müsahibəsini izlədim… Deyir ki, “Heydər Əliyev çəkinirdi ki, Rövşən Cavadov hakimiyyətə gələ bilər” və sair. Yalandır. Şəxsən 1994-cü ildə Rövşən Cavadovdan götürdüyüm müsahibə var, tezliklə KONTRANST TV-nin efirində yayımlanacaq, Rəsul Quliyevin dediklərini tamamilə alt- üst edir… Deyir ki, giya R.Cavadov martın 17-sində 8KM- dəki qərargahdan qaçarkən güllələnib, 5 saylı Xəstəxanaya aparılıb… Yalandır! Faktlar təhrif edilir… R.Cavadov martın 17-də, səhər saat 11:00 radələrində qərargahdan bizim gözümüzün qarşısında çıxdı, metronun “Neftçilər” istiqamətində sərbəst gedərkən məlum şəxs tərəfindən atılan güllədən yaralandı, həmin adam öldürüldü, onu “Təcili yardım”la DİN-nin Hospitalına apardılar… Atası B.Cavadovun müsahibəsi var arxivimizdə: “DİN- nin Tibb İdarəsinin rəisi Bəhruz Səfərəliyevin kabinetinə getdim ki, təcili məni onun yanına buraxın, qapını içəridən bağlayıb açmadı…”.
Sonda: tarix yalanı və təhrifi sevmir! O hadisələrin jurnalist kimi birbaşa şahidi və ən azı 1 il istintaqa çəkilmiş jurnalist kimi deyirəm: R.Cavadov heç vaxt prezident olmaq barədə düşünməyib, şəxsən mən bu barədə heç bir fakt eşidib- bilmirəm! Bunu tarixi ədalət naminə deyirəm! Ləyaqət hissi itirilməməlidir! R.Cavadov döyüşçü idi, yuxarıda qeyd etdiyim müsahibəsində (4 oktyabr hadisələrindən xeyli əvvəl) “Nə vaxtsa ürəyinizdən keçibmi ki, ptezident olasınız?” sualıma əsəbi halda ( O, heç vaxt mənimlə əsəbi halda danışmayıb, məni “Mərzili” deyə çağırardı və Xudu Məmmədovun adına ilahi hörmətə malik idi) belə cavab verir: “Nə qədər ki, Heydər Əliyev var, Azərbaycanın da prezidenti o olacaq!”. Hətta bir dəfə müsahibədənkənar sual verdim ki, həyat əbədi deyil, bəs H.Əliyevdən sonra kim ölkəyə rəhbər olmalıdır??? Allaha, Qurana and içirəm ki, elə belə də dedi: “Siz İlham Əliyevi necə tanıyırsınız???”.
Artıq cavab bəlli idi…
Lap sonda: Mir Şahinin də dünən bir tele- serialına baxdım…
24 May
- 21:19
- 20:56
- 20:44
- 13:46
- 13:33
- 13:26
- 13:16
- 12:52
- 12:47
- 12:45
- 12:37
- 12:30
- 12:27
- 12:20
- 12:20
- 12:13
- 12:12
- 12:10
- 12:04
- 11:59