Rusiya dronlarla Xarkova hücum etdi: 2 ölü, 54 yaralı var

İyunun 11-nə keçən gecə rus qoşunları 17 ədəd “Şahed” tipli hücum pilotsuz uçan aparatı ilə Xarkova hücum edib. Slobodski və Osnovyanski rayonlarına kütləvi hücum nəticəsində 2 nəfər həlak olub, 8-i uşaq olmaqla daha 54 nəfər yaralanıb. Yaşayış binalarına, trolleybuslara, uşaq meydançalarına və müəssisələrə ciddi ziyan dəyib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Xarkov meri İqor Terexov və  Xarkov Regional Dövlət Administrasiyasının sədri Oleq Sinegubov, həmçinin Dövlət Fövqəladə Hallar Xidməti bu barədə rəsmi açıqlama yayıb.
Merin sözlərinə görə, hücum saat 00:31-də başlayıb və 00:40-a qədər davam edib. Ruslar Xarkovun yaşayış məntəqələrinə 17 ədəd “Şahed” tipli kamikadze dron göndərib.
Terekhov deyib ki, şəhərin çoxmərtəbəli yaşayış binalarına, fərdi evlərə, uşaq meydançalarına, ictimai nəqliyyata və sənaye obyektlərinə birbaşa zərbələr endirilib.

Ukrayna PUA- ları da Rusiyanın hərbi obyektlərinə zərbələr endirib.

Xəbəri paylaş

20 İyul